​Neftin qiyməti ucuzlaşmaqda davam edir

​Neftin qiyməti ucuzlaşmaqda davam edir "Brent"in fyuçersləri 3,98% aşağı düşüb
Energetika
25 yanvar 2016 21:20
​Neftin qiyməti ucuzlaşmaqda davam edir

Bakı. 26 yanvar. REPORT.AZ/ London və Nyu-York əmtəə birjalarının elektron hərracları zamanı neftin dünya qiymətləri aşağı düşüb.

"Report" xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı yüngül neftin fevral fyuçersləri 4,66% ucuzlaşaraq bir barel üçün 30,62 dollara düşüb.

Londonun "ICE Futures" əmtəə birjasında "Brent" markalı neftin fevral fyuçersləri 3,98% aşağı düşərək bir barelə görə 30,90 dollar təşkil edib.

Orphus sistemi