​Neftin qiyməti ucuzlaşıb

​Neftin qiyməti ucuzlaşıb "Brent" neftinin bareli 34,73 dollara düşüb
Energetika
5 Fevral , 2016 01:43
​Neftin qiyməti ucuzlaşıb

Bakı. 5 fevral. REPORT.AZ/ London və Nyu-York birjalarında keçirilən elektron hərraclar zamanı neftin dünya qiymətləri aşağı düşüb.

"Report" xəbər verir ki, Nyu-Yorkun əmtəə birjasında (NYMEX) WTI markalı yüngül neftin mart fyuçersləri 0,87% ucuzlaşaraq bir barel üçün 32,00 dollara düşüb.

Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 0,88% azalaraq bir barelə görə 34,73 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi