Neft tələbatla bağlı şübhələr fonunda ucuzlaşır

Neft tələbatla bağlı şübhələr fonunda ucuzlaşır “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 49,94 dollar/barelə, WTI markalı neftin yanvar fyuçersləri isə 46,67 dollar/barelə düşüb.
Energetika
15 Dekabr , 2020 11:56
Neft tələbatla bağlı şübhələr fonunda ucuzlaşır

Dünya bazarında neft qiyməti azalır, bazar koronavirus pandemiyası ətrafındakı vəziyyəti – yoluxma sayında davamlı artım olmasını, bu baxımdan iqtisadi məhdudiyyətlərlə bağlı yeni sərtləşdirmələri izləyir və bu, tələbata dair gözləntilərə mənfi təsir göstərir.

“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:16-ya olan məlumata görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,7% ucuzlaşaraq bir barel üçün 49,94 ABŞ dollarına, WTI markalı neftin yanvar fyuçersləri isə 0,68% ucuzlaşaraq bir barel üçün 46,67 ABŞ dollarına düşüb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, dünyada yeni növ koronavirusa yoluxanların sayı artıq 71 milyon nəfəri keçib. ABŞ-da, Asiya və Avropanın bəzi ölkələrində yeni yoluxmalarla bağlı əhəmiyyətli artım qeydə alınmağa davam edir və bu da səlahiyyətlilərin karantin məhdudiyyətlərini sərtləşdirməsinə səbəb olur.

İnvestorlar həmçinin OPEC-in dünən dərc olunan dekabr hesabatına diqqət yetirirlər. Hesabatda gələn il üçün qlobal tələbat proqnozu gündəlik 0,3 milyon barel azaldılıb və indi gündəlik yalnız 5,9 milyon barelin artım olacağı gözlənilir.

COVID peyvəndi ətrafındakı vəziyyət neft qiymətlərindəki enişləri bir qədər saxlayır. Artıq Böyük Britaniyada vaksinasiyaya başlanılıb, bazar ertəsindən ABŞ-da da başlanılacaq. “Pfizer” və “BioNTech”in peyvəndi həmçinin Kanada, Sinqapur, təcili istifadə üçün Meksika səlahiyyətliləri tərəfindən təsdiqlənib.

Avropa Dərman Agentliyinin isə dekabrın 29-dək “Pfizer”in, yanvar ayının ortalarına qədər isə “Moderna”nın peyvəndini təsdiq edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi