Bakı. 4 yanvar. REPORT.AZ/ "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçerslərinin qiyməti 2,1 faiz artaraq bir barelə görə 68,1 dolları ötüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu, Londonun İCE birjasında keçirilən hərracların nəticəsində məlum olub.
Neftin bu növünün qiyməti sonuncu dəfə 2015-ci ilin 13 may tarixində bir barelə görə 68 dollardan yuxarı olub.