Neftin qiyməti son bir həftə ərzində ilk dəfə 54 dollardan aşağı düşüb

Neftin qiyməti son bir həftə ərzində ilk dəfə 54 dollardan aşağı düşüb "Brent" markalı neft 2,7 faiz ucuzlaşıb
Energetika
19 Yanvar , 2017 03:14
Neftin qiyməti son bir həftə ərzində ilk dəfə 54 dollardan aşağı düşüb

Bakı. 19 yanvar. REPORT.AZ/ "Intercontinental Exchange" birjasında keçirilən hərraclar zamanı "Brent" markalı neftin qiyməti yanvarın 11-dən bu yana ilk dəfə olaraq bir barelə görə 54 dollardan aşağı düşüb.

"Report" xəbər verir ki, Bakı vaxtı ilə 23:29-a olan vəziyyətə görə, Şimal dəniz qatışığı olan "Brent" markalı neftin mart fyuçersləri 2,7 faiz ucuzlaşaraq bir barel üçün 53,99 dollar təşkil edib.

WTI markalı yüngül neftin qiyməti 2,6 faiz ucuzlaşaraq bir barelə görə 51,12 dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi