Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır "Brent" markalı neft 1,15 dollar bahalaşaraq 37,26 dollar/barelə bərabər olub
Energetika
165
23 Dekabr , 2015 20:42
Neftin qiyməti bahalaşır

Bakı. 23 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,50 dollar, yaxud 4,15% bahalaşaraq 37,64 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,15 dollar və ya 3,18% bahalaşaraq 37,26 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 39 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi