Neftin qiyməti aşağı düşüb

Neftin qiyməti aşağı düşüb "Brent" markalı neftin qiyməti bir barelə görə 55,64 dollara bərabər olub
Energetika
13 Aprel , 2017 00:39
Neftin qiyməti aşağı düşüb

Bakı. 13 aprel. REPORT.AZ/ London və Nyu-York birjalarında keçirilən elektron hərraclar zamanı neftin dünya qiymətləri aşağı düşüb.

"Report" xəbər verir ki, hərracların nəticələri bunu deməyə əsas verir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin may fyuçersləri 0,94 faiz aşağı düşərək bir barel üçün 52,90 dollar təşkil edib.

Londonun "ICE Futures" birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının iyun fyuçersləri 1,05 faiz aşağı düşüb və bir barelə görə 55,64 dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi