Neftin qiyməti aşağı düşüb

Neftin qiyməti aşağı düşüb "Brent" markalı neft 54,76 dollara qədər ucuzlaşıb
Energetika
20 Dekabr , 2016 03:15
Neftin qiyməti aşağı düşüb

Bakı. 20 dekabr. REPORT.AZ/ London və Nyu-York birjalarında keçirilən elektron hərraclar zamanı neftin qiyməti aşağı düşüb.

"Report" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin yanvar fyuçersləri 0,21% düşərək bir barel üçün 51,79 dollar təşkil edib.

Londonun "ICE Futures" birjasında Şimal dəniz qatışığı olan "Brent" markalı neftin fevral fyuçersləri 0,83% ucuzlaşıb və bir barelə görə 54,76 dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi