​Neftin qiyməti 6 faizdən çox ucuzlaşıb

​Neftin qiyməti 6 faizdən çox ucuzlaşıb "Brent" markalı neftin bir barelinin qiyməti 33,97 dollara düşüb
Energetika
1 Fevral , 2016 23:45
​Neftin qiyməti 6 faizdən çox ucuzlaşıb

Bakı. 1 fevral. REPORT.AZ/ London və Nyu-York birjalarında keçirilən hərraclar zamanı neftin qiyməti ucuzlaşmaqda davam edib.

"Report" xəbər verir ki, NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin mart fyuçersləri 6,42% azalaraq bir barel üçün 31,46 dollara düşüb.

Londonun "ICE Futures" birjasında isə "Brent" markalı neftin mart fyuçersləri 5,32% ucuzlaşıb və bir barelə görə 33,97 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi