Yuxarı

Neftin qiyməti 48 dolları keçib

WTI markalı xam neftin qiyməti isə 46 dollar/bareli üstələyib

Bakı. 29 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,49 dollar yaxud 1,88% bahalaşaraq 46,03 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,76 dollar və ya 1,60% bahalaşaraq 48,14 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi