Neftin qiyməti 40 dollardan aşağı düşüb

Neftin qiyməti 40 dollardan aşağı düşüb "Brent" markalı neftin qiyməti 39,98 dollara, WTI isə 36,84 dollara enib
Energetika
8 Dekabr , 2015 18:08
Neftin qiyməti 40 dollardan aşağı düşüb

Bakı. 8 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti hazırda ötən günlə müqayisədə 2,0% geriləyərək 36,84 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,5% ucuzlaşaraq 39,98 dollar/barelə düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 42 dollar/barel olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi