Neftin bahalaşması yolunda daha bir əngəl

Neftin bahalaşması yolunda daha bir əngəl OPEC+ formatı çərçivəsində əldə edilmiş yeni razılaşma COVID-9 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər nəticəsində neftə tələbatın azalmasını dayandırmayacaq.
Energetika
14 Aprel , 2020 16:56
Neftin bahalaşması yolunda daha bir əngəl

OPEC+ formatı çərçivəsində əldə edilmiş yeni razılaşma COVID-9 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər nəticəsində neftə tələbatın azalmasını dayandırmayacaq.

“Report” "Financial Times" nəşrinə istinadən xəbər verir ki, istehsalçılar nefti aşağı tariflə satmalı olacaqlar.

Üstəlik, hasilat aprel ayının axırınadək azalmayacağı üçün neft kəmərləri və anbarların dolması ilə bağlı istehsalın tamamilə dayandırıla biləcəyi də qeyd olunur.

Xatırladaq ki, bazar günü OPEC+ formatının iştirakçı ölkələri hasilatın 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən cari ilin may-iyun ayları üçün 23% (9,7 milyon barel), ilin sonunadək 18% (7,7 milyon barel), 2022-ci ilin 30 aprel tarixinədək 14% (6 milyon barel) azaltmaq barədə razılığa gəliblər. Səudiyyə Ərəbistanı və Rusiya hasilatı azaltmağı 11 milyon barel səviyyəsindən hesablayacaq. Həmçinin hasilatı cəmi 100 min barel/gün azaldacaq Meksikaya düşən kvotanın qalan hissəsini ABŞ qarşılayacaq.

Son xəbərlər

Orphus sistemi