Yuxarı

Neft yenidən ucuzlaşıb

Brent markalı neftin qiyməti 32,7 dollar/barelə düşüb

Bakı. 3 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,51 dollar yaxud 4,78% ucuzlaşaraq 30,11 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,52 dollar və ya 4,45% ucuzlaşaraq 32,72 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 35 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi