Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb "Brent" markalı neftin qiyməti 57 dollar/bareli keçib
Energetika
13 Fevral , 2015 09:25
Neft yenidən bahalaşıb

Bakı. 13 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 4,63% yaxud 2,37 dollar bahalaşaraq 51,21 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 4,19% və ya 2,39 dollar yüksələrək 57,05 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 58 dollar/barel olacağı proqnozlaşdırılır.

İngilis versiyası Oil rises again in markets

Son xəbərlər

Orphus sistemi