Yuxarı

Neft sürətlə bahalaşır

Brent markalı neftin qiyməti 49 dollar/barelə yaxınlaşıb

Bakı. 17 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,51 dollar, yaxud 3,27% bahalaşaraq 47,72 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,13 dollar və ya 2,36% bahalaşaraq 48,97 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 54 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi