Neftin qiymətində cüzi dəyişiklik qeydə alınıb

Neftin qiymətində cüzi dəyişiklik qeydə alınıb Neftin qiyməti cümə axşamı səhər saatlarında ABŞ-da hasilatın azalması fonunda xammala tələbatın bərpası ilə bağlı çox zəif istiqamətli dinamika nümayiş etdirir
Energetika
25 Fevral , 2021 10:58
Neftin qiymətində cüzi dəyişiklik qeydə alınıb

Neftin qiyməti cümə axşamı səhər saatlarında ABŞ-da hasilatın azalması fonunda xammala tələbatın bərpası ilə bağlı çox zəif istiqamətli dinamika nümayiş etdirir.

“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:37-yə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neft qarışığının may fyuçerslərinin qiyməti 0,06% artaraq bir barel üçün 66,22 ABŞ dollarına, aprel fyuçersləri isə 0,16% bahalaşaraq 67,15 dollar/barelə çatıb. WTI markalı neftin aprel fyuçerslərinin dəyəri 0,05% azalaraq bir barel üçün 63,19 ABŞ dolları təşkil edib.

İqtisadi perspektivlərin yaxşılaşması fonunda neftə tələbatın erkən bərpa olunacağına ümid “qara qızıl”ın qiymətlərində son zamanlarda davamlı artım qeydə alınması və bəzi maksimumlara çatması ilə müşayiət olunur. Getdikcə daha çox ölkə koronavirusun yayılmasının yavaşladığını açıqlayır və karantin məhdudiyyətlərini tədricən yumşaldır, bununla da yanacağa tələbatı stimullaşdırır.

Bazarda təklifin azalması ilə də əlavə dəstək təmin edilir. O cümlədən Texasdakı anomal soyuq hava şəraiti bu bölgədə neft istehsalının dayanmasına səbəb olub. Çərşənbə günü ABŞ Energetika Nazirliyi ölkədəki neft istehsalının fevralın 19-da bitən həftədə keçən ilin avqust ayından bəri ən aşağı səviyyəyə endiyini və gündəlik 9,7 milyon barel olduğunu açıqlayıb. Bir həftə əvvəl hasilat gündəlik 10,8 milyon barel idi.

Eyni zamanda, kommersiya məqsədli ehtiyatlara dair məlumatların gözləniləndən daha pis olması neft qiymətləri üzərində bəzi təzyiqlər yaradır: hesabat həftəsində göstəricinin artımı 1,3 milyon barel və ya 0,3% olub və toplam ehtiyatlar isə 463 milyon barelə çatıb. Halbuki analitiklər ehtiyatların 5,4 milyon barel azalacağını gözləyirdilər.

Son xəbərlər

Orphus sistemi