Neft qiymətləri 5 % artıb

Neft qiymətləri 5 % artıb Siyasi gərginliyin qalması Rusiyadan tədarük üçün risklərə səbəb olduğu bir zamanda neft qiymətləri 5% artıb.
Energetika
17 Mart , 2022 16:34
Neft qiymətləri 5 % artıb

Siyasi gərginliyin qalması Rusiyadan tədarük üçün risklərə səbəb olduğu bir zamanda neft qiymətləri 5 % artıb.

“Report” xəbər verir ki, “Brent” markalı neftin bir barelinin qiyməti yenidən 100 ABŞ dollarını ötüb.

Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 5,37 % bahalaşaraq, 1 bareli 103,28 ABŞ dollarına satılıb. "WTI" markalı neftin aprel fyuçerslərinin qiyməti isə 5,01 % artaraq, 1 bareli 99,8 ABŞ dolları təşkil edib.

Cərəyan edən hadisələr fonunda Beynəlxalq Enerji Agentliyi (BEA) bəyan edib ki, gələn aydan etibarən Rusiyadan gündəlik 3 milyon barel neftin dünya bazarına tədarükü kəsilə bilər.

İngilis versiyası Global oil prices rise 5%

Son xəbərlər

Orphus sistemi