​Neft-qaz şirkətləri yeni layihələrə xərclərini 380 mlrd. dollar azaldıb

​Neft-qaz şirkətləri yeni layihələrə xərclərini 380 mlrd. dollar azaldıb Ekspert: "Yaxın aylarda layihələrin təxirə salınması prosesi davam edəcək"
Energetika
14 Yanvar , 2016 14:39
​Neft-qaz şirkətləri yeni layihələrə xərclərini 380 mlrd. dollar azaldıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Ötən ilin iyun ayından etibarən dünya neft-qaz şirkətləri neft qiymətlərinin azalması səbəbindən yeni layihələr üçün nəzərdə tutulan xərclərin ixtisarını 2 dəfəyə yaxın artıraraq 200 mlrd. dollardan 380 mlrd. dollara çatdırıb. 

"Report"un "Financial Times" qəzetinə istinadən verdiyi xəbərə görə, "Wood Mackenzie" konsaltinq şirkətinin hesabatına əsasən, artıq 380 mlrd. dollar dəyərində 68 geologiya-axtarış (upstream) layihəsi ləğv olunub və ya təxirə salınıb. Qəzetin yazdığına görə, bu yataqlar üzrə neft-qaz ehtiyatlarının həcmi 27 mlrd. barel və ya gündəlik hasilat üzrə 2,9 mln. barel təşkil edir. 

"Wood Mackenzie" bildirib ki, təxirə salınan layihələrdən bir çoxunun gələn onilliyin əvvəlində bərpası gözlənilir. Konsaltinq şirkəti qeyd edib ki, layihələr arasında ən çox azalma yüksək maya dəyəri səbəbi ilə dərin sularda qazma quyularda baş verib. Şirkətin analitiki Anqus Rodjer yaxın 6 ayda bir çox yeni layihənin təxirə salınacağını, bu tendensiyanın davam edəcəyini bildirib. 

Qeyd edək ki, "Brent" markalı neft ardıcıl olaraq 3 ildir ucuzlaşır və 2016-cı ilin əvvəlində qiyməti daha 18% azalaraq 30 dollar/barelə düşüb.

Son xəbərlər

Orphus sistemi