Hasilatın Pay Bölgüsü üzrə podratçılar ötən il büdcəyə 1,016 mlrd. manat mənfəət vergisi ödəyib

Hasilatın Pay Bölgüsü üzrə podratçılar ötən il büdcəyə 1,016 mlrd. manat mənfəət vergisi ödəyib
Energetika
22 May , 2019 15:48
Hasilatın Pay Bölgüsü üzrə podratçılar ötən il büdcəyə 1,016 mlrd. manat mənfəət vergisi ödəyib

2018-ci ildə Azərbaycanda neft-qaz sahəsində Hasilatın Pay Bölgüsü (HPB) üzrə podratçı təşkilatlar tərəfindən büdcəyə 1 016,4 mln. manat mənfəət vergisi ödənilib.

“Report” xəbər verir ki, bu barədə "2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində öz əksini tapıb.

SOCAR tərəfindən hesabat dövründə mənfəət vergisindən daxilolmaların həcmi 176 mln. manat təşkil edib.

Ümumilikdə, büdcəyə neft sektorundan 1 192,4 mln. manat mənfəət vergisi ödənilib.