Yuxarı

Neft kəskin ucuzlaşıb

Brent markalı neftin qiyməti 44 dollar, WTI-nin qiyməti isə 41,8 dollara düşüb

Bakı. 13 noyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,18 dollar yaxud 2,75% ucuzlaşaraq 41,75 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,75 dollar və ya 3,82% ucuzlaşaraq 44,06 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 48 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi