Neft hasilatının ixtisarına dair kvotaların dəyişdiriləcəyi gözlənilmir

Neft hasilatının ixtisarına dair kvotaların dəyişdiriləcəyi gözlənilmir Bu gün OPEC+ Birgə Nazirlər Monitorinq Komitəsinin iclası keçiriləcək
Energetika
17 Sentyabr , 2020 14:21
Neft hasilatının ixtisarına dair kvotaların dəyişdiriləcəyi gözlənilmir

OPEC+ Birgə Nazirlər Monitorinq Komitəsinin bu günkü iclasında neft hasilatının ixtisarı ilə bağlı kvotaların dəyişdirilməsi məsələsinin müzakirəsi gözlənilmir.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə iclasda iştirak edəcək mənbələr bildirir.

Bakı vaxtı ilə saat 16-dan Səudiyyə Ərəbistanı və Rusiya Enerji nazirləri Əbdüləziz bin Salman və Aleksandr Novakın sədrliyilə video formatda keçiriləcək iclasda həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq, Qazaxıstan, Əlcəzayir, Venesuelanın aidiyəti nazirləri də iştirak edəcəklər. Mənbələrdən birinə görə görüşdə hasilatın ixtisarına dair razılaşmanın avqust ayındakı icrası müzakirə ediləcək.

OPEC+ texniki komitəsinin məlumatına görə avqust ayında iştirakçı ölkələr razılaşmanı 101 faiz yerinə yetirərək bazara gündəlik 7,8 milyon barel az neft çıxarıblar. Buna baxmayaraq, may – iyul aylarındakı artıq hasilatın “izini silmək” mümkün olmadı. Belə ki, qrafikiə görə avqust – sentyabr aylarında hasilatın gündəlik ixtisarı 8,85 milyon barel olmalıdır.

Qeyd edək ki, bundan əvvəl bəzi ekspertlər OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair kvotaların dəyişdirilməsi məsələsinin gündəmə gətirilə biləcəyini bildirmişdilər. Buna əsas olaraq da neft qiymətinin 46 ABŞ dollardan 39 ABŞ dollaradək ucuzlaşması göstərildi. Lakin bu günkü hərraclarda “Brent” markalı neftin qiyməti yenə 42 ABŞ dolları həddini aşıb.

OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair razılaşmaya görə may – iyul ayları ərzində hasilat həcmi gündə 9,7 milyon barel (iştirakçı ölkələrin hərəsi üçün 23 faiz), avqust – dekabr ayları ərzində isə 7,7 milyon barel azaldılmalıdır.

Son xəbərlər

Orphus sistemi