Bakı. 8 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,49 dollar yaxud 6,20% geriləyərək 37,65 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 2,27 dollar və ya 5,28% ucuzlaşaraq 40,73 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 45 dollar/barel olacağı gözlənilir.