Neft dövranı tezliklə başa çatacaq

Neft dövranı tezliklə başa çatacaq 2030-cu ilədək bəşəriyyətin təbii qaz və digər daha təmiz enerji mənbələrinə üstünlük verməyə başlayacağı, dünya bazarında da təbii qazın əsas rola yiyələnəcəyi qeyd edilib.
Energetika
30 Sentyabr , 2020 13:00
Neft dövranı tezliklə başa çatacaq

Dünyada neft dövrü orta perspektivdə başa çatacaq.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə “Total” şirkətinin hazırladığı proqnozda göstərilir.

Belə ki, 2030-cu ilədək bəşəriyyətin təbii qaz və digər daha təmiz enerji mənbələrinə üstünlük verməyə başlayacağı, dünya bazarında da təbii qazın əsas rola yiyələnəcəyi qeyd edilib.

Bununla yanaşı, 2050-ci ilədək dünya enerji istehlakının 40 faizinə qədərinin elektrik enerjisinin payına düşəcəyi də bildirilir. Halbuki hazırda bu göstərici 20 faizə yaxındır.

Bu proqnozu əsas götürən “Total” şirkəti qarşıdakı dövrdə daha çox günəş və külək enerjisinin istifadəsinə, habelə elektrik avtomobillər üçün akkumulyatorların təkmilləşdirilməsinə və doldurma məntəqələri şəbəkələrinin genişlənməsinə vəsait qoyacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi