Neft dolların möhkəmlənməsi fonunda ucuzlaşır

Neft dolların möhkəmlənməsi fonunda ucuzlaşır "Brent” markalı neft 55,91 dollar/barelə, WTI markalı neft isə 52,84 dollar/barelə düşüb.
Energetika
316
14 Yanvar , 2021 11:12
Neft dolların möhkəmlənməsi fonunda ucuzlaşır

Dünyada neft qiymətləri cümə axşamı səhər saatlarında ABŞ dollarının möhkəmlənməsi və ABŞ-da benzin ehtiyatlarının artması fonunda azalır.

“Report” “Prime”a istinadən xəbər verir ki, bunu sövdələşmə məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 08:50-yə olan məlumata əsasən, Şimal dənizindən hasil olunan “Brent” markalı xam neft qarışığının mart fyuçerslərinin qiyməti 0,27% azalaraq bir barel üçün 55,91 ABŞ dollarına, WTI markalı neftin fevral fyuçersləri isə 0,13% ucuzlaşaraq bir barel üçün 52,84 ABŞ dollarına düşüb.

Cümə axşamı ABŞ dollarının digər əsas valyutalara qarşı möhkəmlənməsi “qara qızıl”ın qiymətinə müəyyən təzyiq göstərir, çünki güclü dollar neft də daxil olmaqla xam məhsulları digər valyutalara sahib investorlar üçün daha baha edir.

Çərşənbə günü ABŞ Energetika Nazirliyi ölkədə benzinin ehtiyatlarının 4,4 milyon barel artdığını açıqlayıb. Eyni zamanda son bir həftədə ölkədəki neft ehtiyatları 3,2 milyon barel və ya 0.7% azalaraq 482,2 milyon barrelə düşüb.

Sövdələşmə iştirakçıları həmçinin kütləvi peyvənd vurulmasına başlanılmasına baxmayaraq, koronavirusa yoluxma hallarının artmasının yenidən yanacağa tələbatı zəiflədə biləcəyindən ehtiyatlanır. O cümlədən ABŞ-da Cons Hopkins Universitetinin məlumatlarına görə, yoluxma hadisələrinin sayı 23 milyonu keçib.

Son xəbərlər

Orphus sistemi