"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Energetika
  • 10 sentyabr, 2015
  • 10:23
Neft Daşları yatağında yeni quyu istismara verilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1 887 nömrəli stasionar dəniz özülündən 2 680 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib. 

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, 3 088-3 073 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.