Neft bazarındakı son vəziyyət Rusiyada müzakirə ediləcək

Neft bazarındakı son vəziyyət Rusiyada müzakirə ediləcək Rusiya baş nazirinin müavini Aleksandr Novak bazar ertəsi (21 dekabr – Red) Moskvaya səfərə gələn İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşəcək.
Energetika
20 Dekabr , 2020 13:40
Neft bazarındakı son vəziyyət Rusiyada müzakirə ediləcək

Rusiya baş nazirinin müavini Aleksandr Novak bazar ertəsi (21 dekabr – Red) Moskvaya səfərə gələn İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşəcək.

“Report” xəbər verir ki, bu barədə “TASS”a Baş nazirin müavininin nümayəndəsi məlumat verib.

Bundan əvvəl Rusiya Energetika Nazirliyi bazar ertəsi energetika naziri Nikolay Şulqinovun da İran naziri ilə görüşəcəyini bildirmişdi.

İranın “Shana” agentliyinin verdiyi məlumata görə, görüşlərdə neft bazarındakı son dəyişikliklər müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi