Neft bahalaşmağa başlayıb

Neft bahalaşmağa başlayıb Bakı. 12 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hökumətinin gələn ay neft hasilatının həcmini azaldacağı ilə bağlı bəyanatı fonunda dünya bazarında neft bahalaşmağa başlayıb.
Energetika
12 Noyabr , 2018 10:43
Neft bahalaşmağa başlayıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hökumətinin gələn ay neft hasilatının həcmini azaldacağı ilə bağlı bəyanatı fonunda dünya bazarında neft bahalaşmağa başlayıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün səhər əmtəə birjalarında gələn ilin yanvar ayı fyuçersləri üzrə “Brent” markalı neftin 1 barelinin qiyməti 1,55% artaraq 71,27 ABŞ dollarına, bu ilin dekabr ayı fyuçersləri üzrə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,96% artaraq 60,77 dollara çatıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih ölkənin neftinə olan gündəlik tələbatın bu ay 500 min barel azaldığını və buna görə də, hasilat həcminin də azaldılacağını deyib. Onun bu açıqlaması treyderlərin diqqətini cəlb edib. 

İngilis versiyası Oil prices go up

Son xəbərlər

Orphus sistemi