Yuxarı

​Neft bahalaşıb

Brent markalı neft 49,25 dollar/barelə çatıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,72 dollar, yaxud 1,58% bahalaşaraq 46,26 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft də 1,12 dollar və ya 2,32% bahalaşaraq 49,25 dollar/barelə çatıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi