Nazir: "Ukrayna Azərbaycan neftinin tədarükündə maraqlıdır"
Energetika
- 10 sentyabr, 2014
- 07:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 sentyabr. REPORT.AZ/ "Ukrayna Azərbaycan neftinin Ukrayna neft emalı zavodlarına tədarük olunmasında maraqlıdır". Report Ukrayna Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən brifinq zamanı Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan bildirib.
Nazir qeyd edib ki, Ukrayna tərəfi gələcəkdə də Azərbaycanla energetika sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədir.
Yuri Prodan həmçinin həmkarı Azərbaycanın energetika naziri Natiq Əliyevlə planlaşdırılmış görüş haqqında məlumat verib. Onun sözlərinə görə, görüşdə Azərbaycan neftinin Ukraynaya nəql olunması və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunacaq.
Son xəbərlər
02:52
"SpaceX" rüblük gəlirini illik ifadədə 161 % artırıb
Biznes
02:23
"Shafaq News": İraq İranla sərhədin böyük hissəsini bağlayıb
Digər ölkələr
01:42
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
Digər ölkələr
01:22
WSJ: İlon Mask Ukraynada "Starlink"in işini məhdudlaşdırmağı əmr edib
Digər ölkələr
01:03
UEFA Çempionlar Liqası: PSJ "Barselona"nı məğlub edib
Futbol
00:49
Əraqçi: Danışıqlarda ABŞ tərəfinə qətiyyən etibar etmək olmaz
Region
00:24
Zelenski Oslodakı danışıqların detallarını açıqlayıb
Digər ölkələr
00:00
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:42
Tramp Ukrayna münaqişəsinin nizamlanması üçün Zelenski və Putinin görüşünün mütləq olmadığını hesab edir
Digər ölkələr