Bakı. 24 oktyabr. REPORT.AZ/ “STAR Neft Emalı zavodunun açılması Azərbaycanla yanaşı, Türkiyə üçün də çox böyük əhəmiyyətə malikdir. Bu zavod Türkiyənin bir çox məhsullar üzrə idxaldan asılılığını azaldacaq”.
“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı deyib.
O həmçinin bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi sürətlə artıb: “2017-ci ildə Azərbaycanla Türkiyənin idxal-ixrac əməliyyatlarının dəyəri, təxminən, 12% artaraq 2,6 mlrd. ABŞ dolları olub. Bu ilin əvvəlindən isə artım göstəricisi 12%-dir. Türkiyədən idxalımız 25%, Türkiyəyə ixracımız isə 18% artıb”.