Nazir müavini: "Azərbaycanda enerji tariflərinin dəyişdirilməsi gündəmdə deyil"

Nazir müavini: "Azərbaycanda enerji tariflərinin dəyişdirilməsi gündəmdə deyil" Natiq Abbasov: "Azərbaycan Gürcüstan qarşısındakı öhdəlikləri yerinə yetirir"
Energetika
4 Noyabr , 2015 12:31
Nazir müavini: Azərbaycanda enerji tariflərinin dəyişdirilməsi gündəmdə deyil

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanda mövcud enerji tariflərinin dəyişdirilməsi ilə bağlı heç bir məsələ hazırda müzakirə predmeti deyil. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Natiq Abbasov deyib. 

N.Abbasov, həmçinin qeyd edib ki, Rusiyanın "Qazprom" ASC-dən alınan təbii qaz "AzMeCo" (Metanol Zavodu) şirkətinin tələbatının ödənilməsi üçün istifadə ediləcək: "Qazprom" qazının idxalı ilə bağlı deyə bilərəm ki, Azərbaycanda hər il enerji balansı tərtib olunur və orada ölkədə istehsal olunan neft-qaz və elektrik enerjisi öz istiqamətlərini tapır. Azərbaycanın “Qazprom”dan idxal etdiyi qaz birbaşa Metanol Zavodu üçün nəzərdə tutulur. Azərbaycanın kifayət qədər qaz ehtiyatı var. Sadəcə, balansda nəzərdə tutulmayan enerjini təmin etmək çətin olur". 

"Gürcüstanı tam qazla təmin etmək məsələsinə gəlincə, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri həmişə yerinə yetirir. Azərbaycanın Gürcüstan qarşısında götürdüyü öhdəliklər yerinə yetirilir və tam təmin etməyə hazırıq", - deyə nazir müavini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi