Nazir: “Hazırda Azərbaycan və OPEC arasında sıx əməkdaşlıq var”

Nazir: “Hazırda Azərbaycan və OPEC arasında sıx əməkdaşlıq var” Bakı. 19 mart. REPORT.AZ/ OPEC+ çərçivəsində əməkdaşlıq nəticəsində ötən dövr ərzində neftin qiymətinin müəyyən qədər qalxması və onun sabitləşməsi, neft bazarının tarazlaşdırılması əldə olunub.
Energetika
19 Mart , 2018 17:21
Nazir: “Hazırda Azərbaycan və OPEC arasında sıx əməkdaşlıq var”
Report/ Firi Salim

Bakı. 19 mart. REPORT.AZ/ "OPEC+ çərçivəsində əməkdaşlıq nəticəsində ötən dövr ərzində neftin qiymətinin müəyyən qədər qalxması və onun sabitləşməsi, neft bazarının tarazlaşdırılması əldə olunub".

“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC-in baş katibi Məhəmməd Barkindo ilə birgə görüşdən sonra jurnalistlərlə görüşdə bildirib.

“Ötən gün M.Barkindonun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Azərbaycanın OPEC-lə əməkdaşlıq məsələləri və beynəlxalq neft bazarındakı məsələlər, beynəlxalq və regional məsələlər ətrafında müzakirələr aparılıb”, nazir qeyd edib.

Nazir bildirib ki, Azərbaycan və OPEC arasında hazırda sıx əməkdaşlıq var: “Bu əməkdaşlıq OPEC+ formatında həyata keçirilir. Bu təşəbbüs 2016-cı ilin sonundan başlayıb. Onun əsas məqsədi dünyada neft qiymətlərinin stabil olması idi. OPEC+ çərçivəsində əməkdaşlıq nəticəsində ötən dövr ərzində neftin qiymətinin müəyyən qədər qalxması və onun sabitləşməsi, neft bazarının tarazlaşdırılması əldə olunub. Təşəbbüsün gələcəkdə də həyata keçirilməsi və təşəbbüsün daim qüvvədə qalması üçün müəyyən platformaların yaradılması, bu istiqamətdə digər ölkələrlə də gələcəkdə məsləhətləşmələrin aparılması və lazımi qərarların verilməsi haqqında geniş fikir mübadiləsi aparılıb”.

Son xəbərlər

Orphus sistemi