Bakı. 10 dekabr.
"Report" xəbər verir ki, bunu "Yaşıl gələcək üçün innovasiya" forumunda çıxış edən Azərbaycan energetika naziri
P.Şahbazovun sözlərinə görə, enerji vasitələrinin siyasi məqsədlərin alətinə çevrilməsi enerji təhlükəsizliyinə xələl gətirir:
"Son illər neft qiymətlərində dəyişikliklər bir daha onu göstərir ki, təkcə enerjiyə çıxışı olmayan ölkələr deyil, həmçinin enerji ilə zəngin ölkələr də alternativ yollar tapmalıdırlar. Proqnozlara görə, 2040-cı ilə kimi dünyada elektrik enerjisi sektoruna qoyulan investisiyaların 2/3-si alternativ və bərpa olunan enerji sektorunun payına düşəcək. Əldə edilən enerjinin də 40%-ni bu sahə təşkil edəcək. Hazırda Azərbaycanda alternativ və bərpa olunan enerjinin payı 18%-ə çatır".
Nazir bildirib ki, Azərbaycan hazırda EBRD və ADB ilə birlikdə alternativ və bərpa olunan enerji sahəsi ilə bağlı layihələr həyata keçirir.