Yuxarı
    Bağlamaq

    Natiq Əliyev: "Neft şirkətləri meqa layihələri reallaşdırmaqda çətinlik çəkə bilər"

    Buna səbəb isə dünya neft bazarında qiymətlərin enməsi amili ola bilər

    Bakı. 2 iyun. REPORT.AZ/ "Hazırda dünya bazarında neft qiymətləri 2000-ci illərdən sonra ən aşağı həddə düşüb. Əgər bu proses bir neçə il davam edərsə, neft şirkətləri meqa layihələri reallaşdırmaqda çətinlik çəkəcək". "Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bu gün Bakıda işə başlayan "Caspian Oil&Gas-2016" konfransında çıxışında deyib.

    Nazir qeyd edib ki, 1990-cı illərə nisbətən hazırda Azərbaycanda neft hasilatı 6 dəfə artıb: "Əgər 1996-1997-ci illərdə 9 mln. ton neft hasil edilirdisə, hazırda bu, təxminən 6 dəfə artıb. 2014-cü ildə 51 mln. ton, 2015-ci ildə isə 41,7 mln. ton neft hasil edilib. Ötən il, həmçinin 29 mlrd. kubmetr qaz hasil olunub".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi