N.Nərimanov adına NQÇİ yeni əvəzedici estakada tikdirib

N.Nərimanov adına NQÇİ yeni əvəzedici estakada tikdirib Estakada Damba və 34 saylı estakadayanı meydançanın arasında tikilərək istismara verilib
Energetika
3 Fevral , 2016 16:58
N.Nərimanov adına NQÇİ yeni əvəzedici estakada tikdirib

Bakı. 3 fevral. REPORT.AZ/ Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti tərəfindən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Damba və 34 saylı estakadayanı meydançanın arasında yeni əvəzedici estakada tikilərək istismara verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, sahillə 34 saylı estakadayanı meydançanı birləşdirən 180 metr uzunluğundakı əvəzedici estakada eyni zamanda yük yanalma körpüsü rolunu oynayacaq.

"Bu baxımdan yeni əvəzedici estakada həm yük körpüsü ilə sahil arasında yol funksiyasını yerinə yetirəcək, həm də texnoloji xətlərə aid digər əlaqələri yaratmağa xidmət edəcək. Əvəzedici estakadada ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə sahələri üzrə işlər bütün müasir norma və tələblərə uyğun şəkildə yerinə yetirilib", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi