​Mövlud Çavuşoğlu: "Rusiyadan gələn artıq qaz TANAP-a ötürüləcək"

​Mövlud Çavuşoğlu: "Rusiyadan gələn artıq qaz TANAP-a ötürüləcək" "Türk axını" layihəsi ilə bağlı müzakirələr davam edəcək
Energetika
97
10 Avqust , 2016 13:41
​Mövlud Çavuşoğlu: Rusiyadan gələn artıq qaz TANAP-a ötürüləcək

Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyə və Rusiya arasında Akkuyu Nüvə Stansiyası və "Türk axını" kimi vacib layihələr var.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Akkuyu layihəsi üzrə müddət sürətləndiriləcək. "Türk axını" layihəsi ilə bağlı müzakirələr davam edəcək və ən qısa müddətdə işlərə başlanacaq. Bu layihə "Qərb axını"nından aldığımız Rusiya qazını əvəz edəcək. İldə 16 mlrd. kubmetr qaz nəql olunacaq və artıq həcm Trans-Anadolu Boru Kəmərinə (TANAP) qoşulacaq", - deyə nazir qeyd edib.

"2018-ci ildə bu layihəni başa çatdırmağı planlaşdırırıq və bu qaz Avropaya çatdırılacaq", - deyə nazir əlavə edib.