“Moldovaqaz” “Qazprom”a olan borcunu ödəyib

“Moldovaqaz” “Qazprom”a olan borcunu ödəyib “Moldovaqaz” qazpaylayıcı şirkəti qazın verilişinin dayandırılması ilə bağlı xəbərdarlıqdan sonra “Qazprom”a cari borcunu ödəyib.
Energetika
20 Yanvar , 2022 23:15
“Moldovaqaz” “Qazprom”a olan borcunu ödəyib

“Moldovaqaz” qazpaylayıcı şirkəti qazın verilişinin dayandırılması ilə bağlı xəbərdarlıqdan sonra “Qazprom”a cari borcunu ödəyib.

“Report” xəbər verir ki, bu barədə Moldova şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Moldovaqaz” SC 2022-ci ilin yanvar ayının birinci yarısında verilən təbii qaza görə 34 milyon ABŞ dolları ödənişi tam həcmdə "Qazprom" ASC-yə köçürüb.

Ötən ilin oktyabrında “Moldovaqaz” və “Qazprom” yanacaq tədarükü üzrə müqaviləni beş il müddətinə uzadıb. Onun mühüm müddəası hər ayın 20-dək əvvəlki ayda istehlak edilmiş qazın dəyərinin, eləcə də cari ayda istehlak edilmiş həcmin yarısının ödənilməsi barədə razılıq əldə olunması idi.

Ötən ilin noyabrında respublika da ödənişləri gecikdirib və “Qazprom”dan 48 saat ərzində qazın verilişinin mümkün dayandırılması barədə bildiriş alıb. Sonra çatışmayan vəsaitlər də respublika hökuməti tərəfindən ayrılıb. Moldova Rusiya qazının 1000 kubmetrinə 647 dollar ödəyir.

Son xəbərlər

Orphus sistemi