Meksikanın təsdiqlənmiş neft ehtiyatları 6,46 milyard barrelə qədər azalıb

Meksikanın təsdiqlənmiş neft ehtiyatları 6,46 milyard barrelə qədər azalıb Bakı. 8 fevral. REPORT.AZ/ Meksikanın təsdiqlənmiş neft ehtiyatlarının həcmi 2014-cü il yanvarın 1-dən 2018-ci il yanvarın 1-dək 1,5 dəfədən artıq - 9,81 milyard bareldən 6,46 milyard barelə qədər azalıb.
Energetika
8 Fevral , 2019 10:19
Meksikanın təsdiqlənmiş neft ehtiyatları 6,46 milyard barrelə qədər azalıb
CC0 / ARMBRUSTERBIZ

Bakı. 8 fevral. REPORT.AZ/ Meksikanın təsdiqlənmiş neft ehtiyatlarının həcmi 2014-cü il yanvarın 1-dən 2018-ci il yanvarın 1-dək 1,5 dəfədən artıq - 9,81 milyard bareldən 6,46 milyard barelə qədər azalıb.

"Report" xəbər verir ki, bu barədə Latın Amerika ölkələrinin karbohidrogenləri üzrə Milli Komissiyanın hesabatında məlumat verilib.

Qurumun məlumatına görə, ehtiyatların ümumi həcmi (təsdiq olunan, ehtimal edilən və mümkün olan) də bu dövrdə 29,33 milyard bareldən 19,42 milyard barelə qədər və ya 50% azalıb.

2014-cü ildə təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 468,3 milyard kubmetr təşkil edib, 2018-ci ildə isə bu göstərici 283,7 milyard kubmetrə qədər, başqa sözlə, 65% azalıb. 3P qaz ehtiyatları təxminən yarıbayarı azalıb - 1,68 trilyon kubmetrdən 850 milyard kubmetrə qədər.

Son xəbərlər

Orphus sistemi