​Maykl Lalli: "ABŞ TAP layihəsinə təkan verən dövlət və şirkətləri dəstəkləyir"

​Maykl Lalli: "ABŞ TAP layihəsinə təkan verən dövlət və şirkətləri dəstəkləyir" ABŞ Ticarət Departamentinin rəsmisi: "Trans-Adriatik boru kəmərinin inşası layihəsi Cənub Qaz Dəhlizinin vacib bir hissəsidir"
Energetika
19 Noyabr , 2015 12:07
​Maykl Lalli: ABŞ TAP layihəsinə təkan verən dövlət və şirkətləri dəstəkləyir

Bakı. 19 noyabr. REPORT. AZ/ Trans-Adriatik boru kəmərinin (TAP) inşası layihəsi Cənub Qaz Dəhlizinin vacib bir hissəsidir və ABŞ bu mühüm borunun tikintisinə təkan verən dövlət və şirkətləri dəstəkləyir.

"Report" xəbər verir ki, bunu ABŞ Ticarət Departamenti katibinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli TAP layihəsinin icrasının sürətləndirilməsi ilə bağlı ABŞ-ın Yunanıstanla danışıqlar aparmasının mümkünlüyü ilə bağlı suala cavab olaraq bildirib.

"Sadəcə olaraq, Azərbaycan Dövlət Neft Şirkəti, eyni zamanda layihənin digər iştirakçıları adından hər hansı bir bəyanat vermək istəməzdim. Deyə bilmərəm ki, TAP layihəsini çox vacib və mühüm hesab etdiyimizə görə, ABŞ layihənin reallaşmasında iştirak edən nümayəndələrlə mütəmadi olaraq görüşlər keçirir və layihənin reallaşmasına dəstək verir", - deyə M.Lalli əlavə edib.

Son xəbərlər

Orphus sistemi