Dünən axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, “Əlincə” otelinin yanında qazıntı işləri aparılan zaman Mənzil Tikinti Kooperativlərindən (MTK) birinin əməkdaşı diametri 200 mm olan yeraltı polietilen qaz xəttini zədələyib.
Azərbaycan Dövlət Neft Şirkətinin (
Qaz xəttinin təhlükəsiz formada istismara qaytarılması üçün yenidən müvafiq işlərin icrasına başlanılıb. Bununla əlaqədar yanvarın 8-də səhər saatlarından “Azəriqaz” İB-nin əməkdaşları hadisə yerinə cəlb olunub.
Kəmərin yararsız hala düşməsinə səbəbkar olan MTK nümayəndələri də əraziyə dəvət edilib. Qaz təchizatının yaxın saatlarda bərpa olunacağı gözlənilir.