Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 21-də saat 18:00-dək Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Masazır", Ağdaş magistral qaz kəmərləri sahəsinin "Lək" və "Zərdab", o cümlədən, Astara magistral qaz kəmərləri sahəsinin "Alvadı" qazpaylama stansiyalarında təmir işləri aparılacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, təmir müddətində Masallı rayonunun təzə Alvadı, Köhnə Alvadı, Şərəfə, Böyük Xocavar, Binə Xocavar, Bambaşı, Yiyənkənd, Çaxırlı, Əhmədli, Təklə, Həsənli, Xırmandalı, Ərəb, Hacıtəpə və Yeddi oymaq, eləcə də Ucar rayonun Lək kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Zərdab rayonunun və Abşeron rayonu Masazır qəsəbəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.