Masallı rayonunun daha iki kəndinə qaz verilib

Masallı rayonunun daha iki kəndinə qaz verilib Hazırda Masallı rayonunun daha 6 kəndində tikinti-quraşdırma işləri davam etdirilir
Energetika
25 Yanvar , 2017 11:43
Masallı rayonunun daha iki kəndinə qaz verilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Masallı rayonunun Babaküçə və Sığdaş kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

"Report"a "Azəriqaz" istehsalat Birliyindən verilən məlumata görə,  tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 163 abonenti olan Babaküçə kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 468 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 163 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

252 abonenti olan Sığdaş kəndinin yenidən qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 712 metr müxtəlif diametrli polietilen, həmçinin ümumi uzunluğu 13 210 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 252 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Masallı rayonunun daha 6 kəndində (II-ci Yeddioymaq, Şıxlar, Qasımlı, Bala Təklə, Qodman və Xanalion kəndlərində) tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi