Maroş Şefçoviç: "SOCAR-ın DESFA-da pay almaq məsələsi həll olunub"

Maroş Şefçoviç: "SOCAR-ın DESFA-da pay almaq məsələsi həll olunub" Maroş Şefçoviç: "Hazırkı mərhələdə narahatlıq üçün əsas yoxdur"
Energetika
25 Yanvar , 2016 11:31
Maroş Şefçoviç: SOCAR-ın DESFA-da pay almaq məsələsi həll olunub

Bakı. 25 yanvar. REPORT.AZ/ Yunanıstan qazpaylayıcı şəbəkəsinin dövlət operatoru olan DESFA şirkətinin 66%-nin Azərbayan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən özəlləşdirilməsi üçün lazım olan məsələlər demək olar ki, həll olunub. "Report" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç "EurActiv" nəşrinə müsahibəsində bildirib.

"DESFA özəlləşdirilməyə, SOCAR isə investisiya yatırmağa hazır idi. Lakin belə investisiyalarda Komissiya bazarın hazırkı və gələcək vəziyyətinə baxır ki, bütün sahələrdə xüsusi rəqabət olduğuna əmin olsun. Buna görə də üsullar, pay, sahibolma və SOCAR-ın payı müzakirə mövzusu olub. Düşünürəm ki, bu, artıq həll olunub. Danışıqlar aparılır və hazırkı mərhələdə narahatlıq üçün əsas yoxdur", - deyə Avropa Komissiyasının rəsmisi əlavə edib.

Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

İtaliyanın "Snam", Belçikanın "Fluxys" və İspaniyanın "Enagas" şirkəti bu səhm zərfinin alınmasında maraqlı olduqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi