Mahir Məmmədov: “SOCAR Gürcüstanda 5 100 nəfəri işlə təmin edib”

Mahir Məmmədov: “SOCAR Gürcüstanda 5 100 nəfəri işlə təmin edib” “Gürcüstanda SOCAR şirkətlər qrupu 5 100 nəfəri işlə təmin edib”.
Energetika
10 Fevral , 2020 18:11
Mahir Məmmədov: “SOCAR Gürcüstanda 5 100 nəfəri işlə təmin edib”
Foto:Report.az

“Gürcüstanda SOCAR şirkətlər qrupu 5 100 nəfəri işlə təmin edib”.

“Report"un yerli bürosu xəbər verir ki, bu barədə SOCAR-ın Gürcüstandakı törəməsi “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, SOCAR 2006-cı ildən etibarən Gürcüstan iqtisadiyyatına 1,1 mlrd. ABŞ dollarından artıq sərmayə yatırıb: “Şirkətin bu ölkədə ödədiyi vergilərin ümumi həcmi 1,5 mlrd. ABŞ dollarını ötüb. Son illərin statistikasına əsasən, “SOCAR Georgia” Gürcüstan iqtisadiyyatında ən iri vergi ödəyicisidir və bu mövqeyini saxlayır”.

M.Məmmədov SOCAR-ın Gürcüstanda ali təhsil alan yerli azərbaycanlı tələbələrə göstərilən dəstəkdən də söz açıb. O deyib ki, hazırda Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı 3 min nəfəri ötüb ki, onların da 1 970 nəfərinə təqaüd verilir: "Gələcəkdə bu dəstək davam etdiriləcək və proqram daha da təkmilləşdiriləcək”.

Şirkət rəhbəri əlavə edib ki, SOCAR Gürcüstanda azərbaycanlıların məskunlaşdığı Kvemo Kartli və Kaxeti bölgələrində sosial layihələr həyata keçirir və bu siyasət davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi