Macarıstan Azərbaycandakı layihələrə maraq göstərir

Macarıstan Azərbaycandakı layihələrə maraq göstərir SOCAR-ın vitse-prezidentinin müavini danışıqların davam etdiriləcəyini deyib
Energetika
28 İyun , 2016 13:35
Macarıstan Azərbaycandakı layihələrə maraq göstərir

Bakı. 28 iyun. REPORT.AZ/ Macarıstanın "MOL" şirkəti Azərbaycanda həyata keçirilən layihələrə maraq göstərir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib: "Amma bu məsələ ilə bağlı konkret fikir bildirməyiblər".

V.Bəylərbəyovun sözlərinə görə, "MOL" şirkəti ilə danışıqlar davam etdiriləcək.

"Onlar konkret hansı layihə ilə maraqlandıqlarını ifadə etməyiblər. Hesab edirəm ki, danışıqlar davam etdiriləcək. Danışıqların davam etdirilməsində onlar maraqlı olmalıdırlar", - deyə SOCAR rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi