İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Lukoyl Abşeron Eksploreyşn Limited" şirkətinin yerli nümayəndəliyini dövlət qeydiyyatına alıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, nümayəndəlik Rusiyanın "Lukoyl" şirkətinin yerli törəməsi - “Lukoyl-Azərbaycan” QSC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, 13-də qeydiyyatdan keçib.
Onun qanuni təmsilçisi isə Elnur Vaqif oğlu Qurbanovdur.
Xatırladaq ki, "Lukoil" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron Yarımadasının Dayazsulu Hissəsi geoloji-kəşfiyyat layihə"sindən pay almaq niyyətindədir. Bu məqsədlə Böyük Britaniyanın bp şirkətinin 50%-lik payının 25%-lik hissəsinin əldə edilməsi artıq razılaşdırılıb.