“Lukoil”un “Şahdəniz” layihəsi üzrə sövdələşməsinin məsləhətçisi məlum olub

Energetika
  • 26 oktyabr, 2021
  • 07:47
“Lukoil”un “Şahdəniz” layihəsi üzrə sövdələşməsinin məsləhətçisi məlum olub

“Akin Qump” beynəlxalq hüquq firması Rusiyanın “LUKoil” şirkətini Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” təbii qaz layihəsində Malayziyanın “Petronas” şirkətindən 15,5 % pay almaqda məsləhət xidmətləri göstərib.

Bu barədə “Report” xarici mətbuata istinadən məlumat verib.

Bildirilir ki, sövdələşmə 2,25 milyard ABŞ dolları dəyərində qiymətləndirilir və tamamlanma müəyyən şərtlərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən təsdiqləndikdən sonra həyata keçiriləck. 

Satış başa çatdıqdan sonra “LUKoil” şirkətinin “Şahdəniz” qaz layihəsində payı 25,5 %-ə yüksələcək. Layihənin digər tərəfləri SOCAR, bp, Türkiyənin TPAO, İranın İsveçrədə yerləşən NICO və Cənub Qaz Dəhlizi (SGC) şirkətləridir.

Bildirilir ki, “Akin Gump” komandasına enerji tərəfdaşı və Moskva ofisinin məsul tərəfdaşı Nataliya Baratiants, tərəfdaş Devid Suini, baş məsləhətçi Aleksandr Truxtanov və məsləhətçi Eduardo Kanales rəhbərlik edib.

Qeyd edək ki, “Akin Gump Strauss Hauer & Feld LLP” ABŞ, Avropa, Asiya və Yaxın Şərqdə ofislərində 900-dən çox hüquqşünası olan aparıcı beynəlxalq hüquq firmasıdır.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə bp (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "LUKoil" (25,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti