Liviyada iki neft yatağında iş dayandırılıb

Liviyada iki neft yatağında iş dayandırılıb Bu, silahlıların hücumu ilə əlaqədardır
Energetika
28 Avqust , 2017 11:20
Liviyada iki neft yatağında iş dayandırılıb

Bakı. 28 avqust. REPORT.AZ/ Liviyada iki neft yatağında aparılan işlər dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat yayıb.

İşlərin dayandırılması silahlı hücum ilə əlaqədardır.

Silahlıların “El-Fil” və “Hamada” yataqlarını digər obyeklərlə birləşdirən boru kəmərini blokadaya almasından sonra hər iki yataqda fövqəladə vəziyyət elan edilib.

Son xəbərlər

Orphus sistemi