Lerikin Veri kəndinə ilk dəfə təbii qaz verilib

Lerikin Veri kəndinə ilk dəfə təbii qaz verilib Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Lerik rayonunun Veri kəndinə təbii qaz verilib.
Energetika
24 Dekabr , 2018 14:36
Lerikin Veri kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Lerik rayonunun Veri kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 261 metr müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilib, 80 fərdi evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Son xəbərlər

Orphus sistemi