Bakı. 25 iyun. REPORT.AZ/ Lənkəran rayonunun Nərimanabad qəsəbəsinə və Üzümçülük məntəqəsinə təbii qaz verilib.
"Report" xəbər verir ki, "mavi qaz"ın verilməsi münasibətilə keçirilən tədbirdə
Bildirilib ki, 754 abonenti olan Nərimanabad qəsəbəsinə təbii qazın yenidən verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 28 214 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.
167 abonenti olan Üzümçülük yaşayış məntəqəsinə də "mavi yanacağ"ın verilişi bərpa olunub. Bu məqsədlə 8 528 metr uzunluqda müxtəlif diametrli metal boru, 901 metr uzunluqda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər iki məntəqədə qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.